Ancelina Coli ilə Bred Pitin 7-ci övladı – FOTOLAR
Bizi izləyin

Magazin2

Ancelina Coli ilə Bred Pitin 7-ci övladı – FOTOLAR

Ulduz cütlük daha bir uşağı övladlığa götürüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ancelina Coli ilə Bred Pitt kambocalı ailədən bir yaşlı Alloy adlı oğlan uşağını övladlığa götürüb.

Ancelina Coli uşağın ailəsi ilə Kambocanın Siem Rip şəhərində yeni “Əvvəlcə onlar mənim atamı öldürüblər" filminin çəkilişləri zamanı tanış olub.

Qərb KİV-nin yazdığı məlumata görə, Alloyun on iki bacı və qardaşı var. Ailə isə çox kasıbdır. Ailə başçısı ağır xəstə olduğu üçün işləyə bilmir. Mənbənin sözlərinə görə, Coli oğlanın ailəsinin vəziyyətinə ürəyi ağrıdığı üçün əvvəlcə onlara öz yardımını təklif edib. Daha sonra isə uşağı övladlığa götürmək istəyini dilə gətirib.

Mənbə onu da bildirib ki, Coli ailəyə milyon dollar ödəməyə söz verib. Həmçinin, o da bildirilir ki, Ancelina Coli övladlığa uşaq götürmək istəyini həyat yoldaşı Bred Pitdən gizlətməyi planlaşdırıb:

"O istəmirdi ki, Bred bu barədə əvvəlcədən xəbər tutsun. Çünki Coli Bredin bu ideyanın əleyhinə olacağını yaxşı bilirdi".

Xatırladaq ki, cütlüyün 6 övladı var. Onların üçünü cütlük övladlığa götürüb, digər üçü isə doğma uşaqlarıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm