Bərgüzarla Halit evlilik ildönümünə belə hazırlaşır – FOTOLAR
Bizi izləyin

Magazin2

Bərgüzarla Halit evlilik ildönümünə belə hazırlaşır – FOTOLAR

Bərgüzar Korel - Halit Ərgənç cütlüyü tanqo rəqsini öyrənir.

Publika.az xəbər verir ki, Taksimdə yerləşən rəqs kursuna yazılan cütlük qrup dərslərində iştirak etmək istəməyiblər. Xüsusi dərs tələb edən Bərgüzarla Halit həftənin 4 günü kursa gedir. Tanqonu Bərgüzar Korelə kişi müəllim, Halit Ərgəncə isə qadın müəllim öyrədir.

Onlar rəqs edərkən çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıblar. Cütlüyə yaxın olan mənbələr onların tanqo öyrənməyə başlamalarını evliliklərinin 7-ci ildönümünün yaxınlaşmağı ilə əlaqələndirib. Deyilənə görə, həmin gün evdə mərasim təşkil ediləcək və Bərgüzarla Halit də öz bacarıqlarını məhz həmin ziyafətdə nümayiş etdirəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm