Məşhur müğənninin türk əri Rusiyaya buraxılmır – FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur müğənninin türk əri Rusiyaya buraxılmır – FOTOLAR

Rusiya və Türkiyə arasında siyasi münasibətlər, nəinki adi vətəndaşlar, o cümlədən, ulduzların həyatına da təsirsiz ötüşməyib. Belə ki, ukraynalı müğənni Ani Lorakın türkiyəli həyat yoldaşı Murad Naçacıoğlu Rusiya ərazisinə buraxılmır.

Publika.az xəbər verir ki, bu ayın birindən etibarən müğənninin ərinə Türkiyəyə giriş qadağan olunub və onlar artıq bir həftədən çoxdur ki, görüşə bilmir. Buna səbəb Rusiyanın Türkiyəyə qarşı viza rejimi tətbiq etməsidir.

Ani Lorakın sözlərinə görə, Murad yeni il tətili ilə bağlı Türkiyəyə gedib, viza məsələsini həll edə bilməyib. Cütlük viza məsələsi həll olunana qədər başqa ölkədə görüşəcək.

Müğənni Ani Lorak məsələ ilə bağlı açıqlama verib:

“Bir gün sonra ABŞ-da görüşəcəyik. Mənim orada böyük konsert turum var. Murad hər zaman yanımda olacaq. Əlbəttə, istənilən qadın kimi, mən də həyat yoldaşımın yanında özümü daha sakit hiss edirəm. O, mənim dayağımdır”.

Yeri gəlmişkən, müğənni etiraf edib ki, onların ayrı olması münasibətləri korlamır, əksinə, əlaqələrini daha da möhkəmləndirir. Murad Ani Lorakı turlar zamanı daim müşayiət edir və bütün boş vaxtını ailəsi ilə keçirməyə çalışır.

Xatırladaq ki, cütlük Milad Bayramını birgə keçirməyi planlaşdırsa da, viza rejimi onların planlarına mane olub.

Qeyd edək ki, müğənni Ani Lorak türkiyəli iş adamı Muradla 2009-ci ildə evlənib. Onların bu nikahdan Sofiya adlı bir qızı var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm