Ərdoğan Doğuş ilə görüşdü
Bizi izləyin

Magazin2

Ərdoğan Doğuş ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müğənni Doğuş ilə görüşüb.

Publika.az xəbər verir ki, Türkiyə lideri müğənnini görüş üçün İstanbul Atatürk Hava limanına dəvət edib. Görüş zamanı müğənni yeni çıxardığı ”Aklında bulunsun” albomunu prezidentə təqdim edib. Ölkə başçısı isə “Albomun xeyirli-uğurlu olsun, dinləyəcəm, yolun açıq olsun”,- deyib. Qısa söhbətləşmədən sonra Ərdoğan Ankaraya getmək üçün hava limanından ayrılıb.

Prezident hava limanını tərk edəndən sonra Doğuş Ərdoğanla xatirələrini media ilə bölüşüb:

“Cənab prezidenti bələdiyyə sədri olduğu vaxtlardan tanıyıram. 1997-ci il idi. Yəni, biz indi deyil, çox uzun zamandır onun yanındayıq. Onu çox sevirik. O, onsuz da kimin onu nə qədər sevdiyini və niyə yanında olduğunu çox yaxşı bilir. O, dünya lideridir”.

İlk albomunu 1997-ci ildə təqdim edən Doğuş 20 illik yaradıcılığı boyu 18 albom buraxıb. Müğənninin yeni “Aklında bulunsun” albomuna 11 mahnı daxildir. Onlardan da 9-nun sözü və musiqisi ifaçının özünə məxsusdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm