Tanınmış aktyor qız üstündə qonşusunu öldürdü - FOTO
Bizi izləyin

Magazin2

Tanınmış aktyor qız üstündə qonşusunu öldürdü - FOTO

Məşhur amerikalı aktyor kiçik Rikardo Medina Los-Ancelesdə həbs olunub.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qətldə ittiham olunan dünya ulduzu qonşusu Coş Statteri qılıncla qətlə yetirib. Qız üstündə mübahisə ölümlə nəticələnib.


Aktyor qılıncla qonuşusuna zərbə endirdikdən sonra təcili yardım çağırıb. Lakin həkimlər C.Statterin həyatını xilas edə bilməyib. Saxlanılan Rikardo daha sonra məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.


Aktyor hadisədən təəssüfləndiyini deyib: “Baş verənlərə görə çox təəssüf edirəm. Bütün qəlbimlə Coşun doğmalarının yanındayam”.


Rikardonun vəkili onun bu hərəkətini “özünümüdafiə” kimi qiymətləndirib. O, hətta 1 milyon dollar girov qoymağı belə təklif edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm