Janna Friskenin pulları oğurlandı
Bizi izləyin

Magazin2

Janna Friskenin pulları oğurlandı

Xərçəng xəstəliyindən vəfat edən rusiyalı müğənni Janna Friskenin müalicəsi üçün yığılan milyonlarla vəsait oğurlanıb.

Publika.az rus mətbuatına istinadən xəbər verir ki, "Rusiya yardım Fondu" pulların oğurlanması faktı ilə bağlı cinayət işinin başlanması üçün İstintaq komitəsinə müraciət edib.

Məlumatlara görə, müğənni dünyasını dəyişəndən sonra "Rusiya yardım Fondu" müalicə üçün açılan bank hesabını dondurub. Həmin vaxt hesabda 21 milyon rubl, təqribən 407 min manat pul olub. Hesabatda isə həmin pullardan cəmi 4,12 milyon rublun hara xərcləndiyi barədə faktura var. Digər pulların necə yoxa çıxdığı bilinmir. Müğənninin yaxınları da bu haqda açıqlama verə bilməyib. Bu səbəbdən cinayət işi açılıb.

Müğənninin atası Vladimir Friske cinayət işinin açılmasını qanunsuz adlandırıb. O, sənədlərinin qaydasında olduğunu və məhkəmədə hər şeyi sübut edə biləcəyini deyib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm