Xoşqədəm Hidayətqızı yaşlananda belə olacaq - FOTO
Bizi izləyin

Magazin2

Xoşqədəm Hidayətqızı yaşlananda belə olacaq - FOTO

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı özünün “Instagram” səhifəsində böyük müzakirələrə səbəb olan şəkil paylaşıb. Şəkli görənlər ilk baxışdan onun Xoşqədəm Hidayətqızı olduğunu düşünür. Əsl həqiqət isə teleaparıcının yazdıqlarını oxuyanda ortaya çıxır. Məlum olur ki, Xoşqədəm Hidayətqızının paylaşdığı şəkildəki qadın onun həyat yoldaşı Doğuşun xalasıdır. Onlar arasındakı bənzərlikdən isə heyrətlənməmək mümkün deyil.

Publika.az-a açıqlama verən telejurnalist özü də bu bənzərlikdən heyrətlənib:

“Doğuş həmin xalasını çox istəyir. Təyyarəyə minə bilmədiyindən Bakıdakı toyumuza gələ bilməmişdi. Yay aylarında ora gedəndə onu gördüm və çaşdım. Saç rəngi, boy, fiziki görünüş, bir sözlə, ən xırda detallara qədər bir-birimizə bənzəyirik. Onu görəndə anam da çaşdı. Yəni bizi tanımayan kim görsə, deyər ki, Xoşqədəm onun qızıdır. İnsanlar dünyaya cüt gəlir. Bu həqiqətdir, deyəsən. Doğuşun ən sevimli xalasıdır. Bilirsiniz ki, doğuş uşaqlıqda lüks həyat sürməyib. O, smit də satıb, rəngsaz da işləyib. Həmin xalası hər işində Doğuşa yardımçı olub. Bir sözlə, ona analıq da edib. Xasiyyətcə də oxşayırıq. Mənim yaşlılığım elə olacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm