Ədalət Şükürovun bilinməyən istedadı – FOTOLAR
Bizi izləyin

Magazin2

Ədalət Şükürovun bilinməyən istedadı – FOTOLAR

Ədalət Şükürovun daha bir istedadı üzə çıxıb.

Publika.az xəbər verir ki, əksəriyyət onu müğənni, bəstəkar, rejissor, avtomobil həvəskarı və əntiq əşyaların kolleksiyaçısı kimi tanıyır. Bu dəfə o, özünü dizayner kimi təqdim edib.

Publika.az-a açıqlama verən əməkdar artist Ədalət Şükürov şəxsi dizaynı olan oturacaq hazırladığını bildirib:

“Məni dizayner adlandırmaq düzgün olmaz. Amma özümü bu sahədə sınadım. Şəxsi dizaynım olan rahat oturacaq hazırlatdım. Burada cins şalvardan istifadə olunub. Lakin həmin şalvarlar mənim deyil. İstədiyim dizaynda olması üçün XXXL ölçüdə şalvarlar aldım. Ayaqlarından və ciblərindən istifadə olundu. Sonda, eksklüziv bir şey alındı. Bundan heç kəsdə yoxdur”.

Publika.az əməkdar artistin dizaynı əsasında hazırlanmış rahat divanın fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm