“Möhtəşəm yüz il Kösem” serialına şok cəza - VİDEO
Bizi izləyin

Magazin2

“Möhtəşəm yüz il Kösem” serialına şok cəza - VİDEO

"Star" kanalı “Möhtəşəm yüz il Kösem” serialına görə cəzalandırılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reytinqləri gün-gündən aşağı düşən seriala RTÜK-dən şikayətlər gəlib.

Belə ki, RTÜK Monitorinq və Qiymətləndirmə Şöbəsi mütəxəssislərinin hazırladığı hesabata əsasən, "Möhtəşəm yüz il Kösem” serialında oğlunun öldürüləcəyini anlayan Həlimə Sultanın Şahzadə Mustafanı saraydan qaçırması, ancaq mühafizəçiləri tərəfindən tutularaq oğlu ilə birlikdə zindana atılması səhnələri söz-söhbətə səbəb olub.

Məsələ ondadır ki, Sultan Əhməd tərəfindən haqqında ölüm fərmanı verilən Şahzadə Mustafa 4-5 yaşındadır. Padşah Sultan Əhmədin qardaşı Mustafa üçün verdiyi ölüm fərmanını yerinə yetirmək üçün əllərində yoğun kəndirlə zindana gələn üzü maskalı cəlladların onu boğub öldürməsi səhnəsi izləyicilərin tənqidinə səbəb olub. Uşaq boğularaq öldürülərkən, eyni zirzəmidə başqa zindan otağında olan Mustafanın anası Həlimə Sultanın qışqırıqlarının dramatik şəkildə təsvir olunduğu deyilib.

Hesabatda serialın tarixə uyğun olmayan şəkildə ssenariləşdirilməsi və yuxarıda qeyd olunan şiddətli səhnənin 7 dəqiqə davam etməsi də yer alıb.

Ekspertlər serialın uşaq psixologiyasına mənfi təsir göstərdiyini də qeyd edib:

"Kiçik bir uşağın ən çox güvəndiyi ailə üzvlərindən biri – qardaşı tərəfindən öldürülməsini müasir dövrün uşağı anlaya bilməz. Bu səhnələr uşaq və gənclərin zehninə və əxlaqına mənfi təsir etdiyi üçün ekranda yaş məhdudiyyəti qoyulsa belə, onun istənilən saatda nümayiş etdirilməsi düzgün deyil”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm