3 milyon qazandığı deyilən aparıcı üsyan etdi: “Mən Messiyəm?”
Bizi izləyin

Magazin2

3 milyon qazandığı deyilən aparıcı üsyan etdi: “Mən Messiyəm?”

Makaron firmalarından birinin reklamında rol alan aparıcı Əsra Erolun 3 milyon lirə qonorar aldığı iddia edilib.

Publika.az xəbər verir ki, bu iddialar aparıcını əsəbiləşdirib. O, sosial şəbəkədə yazdıqları ilə iddiaları təkzib edib:

“Bu rəqəmlər xəyalidir. Şükür ki, haqqımda danışılacaq başqa şeylər yoxdur. Yoldan çıxmamağım, şöhrətdən uzaq durmağım, işə başladığım gündən bu günə həmişə eyni qalmağım öz adıma öyünə biləcəyim xüsusiyyətlərimdir. Hə, belə böyük pullar qazananlar yoxdur? Əlbəttə, var. Ancaq bunun üçün Messi olmaq lazımdır. Sizcə, mən Messiyəm? Mən o qədər bacarıqlı deyiləm”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm