“Asmalı konak”-ın ulduzları yenidən bir arada
Bizi izləyin

Magazin2

“Asmalı konak”-ın ulduzları yenidən bir arada

Aktrisa Nurgül Yeşilçayla müğənni Özcan Deniz birlikdə yeni serialda çəkiləcəklər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Paramparça"da çəkilən aktrisa tərəf-müqabili Erkan Petekkaya ilə anlaşa bilmədiyi üçün serialdan ayrılmışdı.

Özcan Denizin çəkildiyi "Kaderime yazıldığı gün" serialı isə ötən həftə bitib. Türkiyə mətbuatında bu iki məşhurun birlikdə seriala çəkilməyə hazırlaşdığı iddia olunur.

Xatırladaq ki, Nurgül Yeşilçay və Özcan Deniz 2002-2004- cü illərdə "Asmalı konak" serialında birlikdə çəkiliblər. Bu serial Türkiyə mətbuatında böyük reytinq qazanmışdı. Onu da bildirək ki, hər iki məşhur ulduz bir müddət sevgili olub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm