Ukrayna bu il “Eurovision”da iştirak edəcək
Bizi izləyin

Magazin2

Ukrayna bu il “Eurovision”da iştirak edəcək

Ukrayna “Eurovision” təmsilçisini seçəcək münsifləri artıq müəyyənləşdirib.

Publika.az xəbər verir ki, münsiflər heyəti müğənni Ruslana, Verka Serduçka və prodüser Konstantin Meladzedən ibarət olacaq. Seçim turları Ukraynanın İctimai Televiziyası ilə canlı yayımlanacaq. Seçimlər fevralın 6-da başlayacaq. Fevralın 21-də qaliblər elan olunacaq.

Meladze hesab edir ki, münsiflər heyəti çox düzgün seçilib:

“Ruslana və Verka müxtəlif illərdə adıçəkilən yarışmada iştirak edib. Ruslana 2004-cü ildə Ukraynaya qalibiyyət qazandırıb, Verka isə ikinci yerin sahibi olub. Onlar müxtəlif janrlarda peşəkardır. Seçimlərdə bu çox vacib amildir”.

Xatırladaq ki, ötən il Ukrayna iqtisadi vəziyyətin çətin olması səbəbindən yarışmada iştirakdan imtina etmişdi.

Qeyd edək ki, yarışmanın yarımfinalları mayın 10-da və 12-də, finalı isə 14-də Stokholmda keçiriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm