Doğuş “İlin ən yaxşıları” sırasında - FOTOLAR
Bizi izləyin

Magazin2

Doğuş “İlin ən yaxşıları” sırasında - FOTOLAR

“En” dəb dərgisi “İlin ən yaxşıları”nı seçib.

Publika.az türk mətbuatına istinadən xəbər verir ki, təqdimetmə mərasimində Türkiyənin bir sıra məşhur simaları, Vilma Elles, Doğuş, Fərhad Göçər, Sinyət Sali, Ece Gürsəl, Safiyə Soyma, Nihat Odabaşı və başqaları iştirak edib. Mərasimə dünyaca məşhur DJ Adam Klay da qatılıb. O, gecənin sürpriz qonağı olub.

Gecənin açılışını müğənni Banu Zorlu edib. Səhnəyə çıxan ifaçı “Değer mi?” mahnısını ifa edib.

“Ən yaxşı bəstəkar” nominasiyasının qalibi elan edilən Doğuş son albomundan “Mutluluklar dilerim” mahnısını oxuyaraq bütün salonu coşdurub.

Gecəyə damğa vuran etiraf isə Nihat Odabaşıdan gəlib. O, mükafatını almazdan öncə, danışmaq istədiyini bildirib:

“Behzat bəydən bu mükafatı almaq təəccüblüdür. Çünki özü məndən şikayətçidir. Kliplərdə onu az göstərdiyimi deyir. Mükafatlandırılanlar arasında adımın olması mənə qəribə gəlir. İnşallah, növbəti klipdə Behzat bəyi tamam fərqli görəcəksiniz. Başqa bir məqam da var. Klip çəkilişlərindən sonra Simgə ile aramızda inciklik yaşandı. Deyirəm, bəlkə sizin qarşınızda barışaq? Biz bir-birimizi sevirik, amma arada belə şeylər olur”.

O, müğənni ilə qucaqlaşaraq barışıb.

Keremcem isə hava şəraitinin kəskin keçməsi üzündən mükafatlandırma mərasiminə qatıla bilməyib. Müğənninin mükafatı mətbuat katibinə təqdim edilib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm