Əri müğənnini “Eurovision”a getməyə qoymadı
Bizi izləyin

Magazin2

Əri müğənnini “Eurovision”a getməyə qoymadı

Prodüser Konstantin Meladze həyat yoldaşı, müğənni Vera Brejnevanın “Eurovision” beynəlxalq musiqi yarışmasında iştirak etməsinə icazə verməyib.

Publika.az xəbər verir ki, prodüserin fikrincə, xanımının buna ehtiyacı yoxdur:

“Yarışmaya göndərməyə artıq 3-4 real namizədim var. Əslində, milli seçimlərdə iştirak edən 18 yarışmaçının hər biri güclüdür. Veranın isə “Eurovision”da görəcək işi yoxdur. Ora karyerasında sıçrayış etmək istəyən ifaçını göndərmək lazımdır. Vera artıq ulduzdur”.

Digər prodüser isə bu fikirlə razı deyil. Onlar hesab edir ki, adıçəkilən yarışmada dünya şöhrətli ulduzlar iştirak edib və Meladzenin bu fikri əsassızdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm