İlin ən şok ayrılığının TƏFƏRRÜATI
Bizi izləyin

Magazin2

İlin ən şok ayrılığının TƏFƏRRÜATI

Son ildə Hollivudun ən məşhur cütlüyü olan Ancelina Coli və Bred Pitin münasibətlərində soyuqluğun yarandığı artıq heç kimə sirr deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün boşanacağı xəbəri yenidən gündəmə gəlib.

Cütlüyə yaxın mənbə bildirib ki, onlar çoxdandır bir-birinə sədaqətli deyil və yalnız yaratdıqları ideal ailə imicini saxlamaq naminə ayrıldıqlarını elan etmirlər. Mənbənin sözlərinə görə, vaxtilə başgicəlləndirici eşq yaşamış Amerika şou-biznesinin ən gözəl və nüfuzlu cütlüyü son illər xoşbəxt ailə imicini qorumaq üçün səylə çalışır və bu rolun öhdəsindən məharətlə gəlir.

“In Touch” jurnalı ulduz ər-arvadın şəxsi həyatındakı problemin səbəbi kimi Colinin amiranə xasiyyəti olduğunu bildirib:

“Əvvəllər Ancelinanın bütün öhdəlikləri öz üzərinə götürməsi Bredin xoşuna gəlirdi. Amma son vaxtlar aktrisanın həyat yoldaşının əvəzinə qərar qəbul etməsi cütlük arasında mübahisələrə səbəb olub. Bred buna özünün əsas verdiyinə görə peşmandır”.

Ayrılığın ilkin təşəbbüskarı Bred Pitt olub. O, ağır münasibətlərinə son qoymaq istəyir, Ancelina isə ideal ailənin nüfuzunu qoruyub saxlamaq üçün ərinə yalvarır və buna ciddi-cəhdlə çalışır.

Deyilənlərə görə, cütlük ayrılmaq üçün “Mavi Sahil” (filmin rejissoru Ancelina Colidir – red.) filminin çıxmasını gözləyib. Film uğurlu alınmadığı üçün Ancelina Breddən ona möhlət verməsini xahiş edib. Ardıcıl olaraq iki zərbəni yaşamaq ona lap ağır olardı.

İndi cütlüyün "Oskar" təqdimetmə mərasimində birlikdə, yoxsa ayrı qatılacağı müzakirə olunur. Xarici mətbuatda yazılanlara görə, Bred Pitt tədbirə həyat yoldaşından ayrı gəlmək istəyir.

Qeyd edək ki, bir vaxtlar Hollivudun ən seksual qadınları siyahısına liderlik edən Ancelina Colinin adı artıq bu cür reytinqlərdə hallanmır. 37 kq olan aktrisa psixoloji yardım üçün mütəmadi olaraq mütəxəssislərə müraciət edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm