İrina Şeyklə Bredli Kuper birlikdədir – FOTOLAR
Bizi izləyin

Magazin2

İrina Şeyklə Bredli Kuper birlikdədir – FOTOLAR

İrina Şeyklə Bredli Kuperin ayrılması xəbəri ötən günün əsas müzakirə mövzusu olsa da, təsdiqini tapmayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı aktyorla 30 yaşlı model dünən axşam mağazadan birlikdə çıxarkən görüntülənib. Bir-birinin əlindən möhkəm tutan cütlüyün münasibətləri üçün hələlik heç bir təhlükə yoxdur.

Xatırladaq ki, Bredli Kuper ilə İrina Şeykin ayrılığına aktyorun anasının səbəb olduğu bildirilirdi. Lakin cütlüyə yaxın başqa bir mənbə mətbuatda cütlüklə bağlı yazılanları uydurma adlandırıb:

“Onlar hələ də birlikdədir. İrina ilə Bredlinin anası yaxşı yola gedir, onlar çox yaxındırlar, hətta ikisi ayrı-ayrılıqda da görüşürlər. Bredli Kuperlə İrina Şeyk isə bir-birini inanılmaz dərəcədə çox sevirlər”.

Gizli mənbə onu da bildirib ki, onların hər ikisi uşaq istəyir və artıq bu məsələni müzakirə ediblər.

Qeyd edək ki, sevgililərin münasibətləri ötən ilin aprelindən başlayıb.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm