Timati “Instagram” izləyicisinə 50 min dollar bağışlayacaq
Bizi izləyin

Magazin2

Timati “Instagram” izləyicisinə 50 min dollar bağışlayacaq

“Instagram” istifadəçisi İlya Savelyev dünya şöhrətli reper Timati ilə şəxsi yazışmasını səsə qoyub. Özü də Timatinin tələbi ilə.

Publika.az xəbər verir ki, həmin yazışmada İlya Timatidən 50 min dollar pul istəyib:

“Salam, hörmətli Timur! Mənim adım İlyuxadır. İsraildə yaşayıram. Uğurlu biznes qurmaq üçün mənə 50 min dollar pul lazımdır. Sənin də damarlarında yəhudi qanı axır. Qardaş kimi mənə kömək et. Öncədən təşəkkür edirəm”.

Timati isə bunun üçün ona şərt irəli sürüb:

“Gülməlisən! Belə ismarışlara, adətən, əhəmiyyət vermirəm. Amma bu gün yüksək əhval ruhiyyəm var. Odur ki, sənə kömək edəcəyimə söz verirəm. Bunun üçün də yazışmanı skrinşot edib paylaşmalısan. Paylaşımını 100 min istifadəçi bəyənsə, özüm səni tapıb, kömək edəcəm. Uğurlar”.

Qeyd edək ki, İlya Savelyevi dəstəkləyənlərin sayı göstərir ki, reper Timati onu tezliklə tapmalı olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm