
Meqastar Tarkan ötən axşam paparassilərin fotokamerasına tuş gəlib.
Publika.az xəbər verir ki, yeni albomu üçün studiyaya qapanan ifaçı gecəyarısı oradan ayrılaraq evinə gedib. Qapıda onu gözləyən jurnalistlərə öpüş göndərən müğənni suallara cavab vermək istəməyib. Əhvalının yaxşı olduğu hiss edilən Tarkan avtomobilinə minərək məkandan uzaqlaşıb.
Ləman Sultan