Hollivudun ən tənha aktyoru haqqında 8 FAKT
Bizi izləyin

Magazin2

Hollivudun ən tənha aktyoru haqqında 8 FAKT

Kənardan Hollivud ulduzlarının həyatı çox maraqlı və dəbdəbəli görünür. Lakin bunlar xeyirxah və tənha aktyor Kianu Rivzə aid deyil. Kianunu karyerasında uğurlu hesab etmək olsa da, şəxsi həyatında onun bəxti heç gətirməyib. Zalım həyat onu çətin sınaqlar qarşısında qoyub.

Publika.az bu yazıda oxuculara aktyorun həyatı ilə bağlı az məlum olan 8 faktı təqdim edib:

O, uşaqkən ailəsində bir çox problemlər yaşayıb. Kianunun 3 yaşı olanda atası ailəni tərk edib, sonradan onu narkotik satışına görə həbs ediblər. Anası əvvəlcə Avstraliyaya, sonra ABŞ və Kanadaya köçüb. Bu müddət ərzində aktyorun anası bir neçə dəfə ərə gedib. Kianu tez-tez məktəbləri də dəyişməli olurdu, bu da onun qiymətlərinə mənfi təsir edirdi. O, uşaqlıqda xokkeyçi olmaq istəsə də, aldığı zədə arzusunu reallaşdırmasına mane olub.

Onun sevgilisi Cennifer Saym avtomobil qəzasında dünyasını dəyişib. Bundan əvvəl yaraşıqlı aktyorun sevgilisi hamiləliyinin son ayında uşağını itirib. O vaxtdan bəri Rivzin heç bir qadınla ciddi münasibətləri olmayıb. Daha dəqiq desək, o, aşiq olmaq qabiliyyətini itirib. O hesab edir ki, bu dünyada başqa ikinci yarısı mövcud deyil.

Aktyor özü də etiraf edir ki, çox qapalı insandır:

“Mən qapalı insanam, onda görə də, insanların mənə böyüdücü şüşədən baxmasını istəmirəm”.

Onun ən yaxın dostu River Simurq yüksək dozada narkotik maddə qəbul etdiyinə görə, dünyasını dəyişib.

Deyilənlərə görə, Rivz filmdəki personajın həddən artıq qəddar olduğunu düşünürsə, rolundan imtina edir.

Vaxtilə Rivz Al Paçino ilə “Şeytanın vəkili" filmində oynaya bilmək üçün qonararını 2 milyon azaldıb. Cin Hemmenlə də eyni hadisə baş verib.

Rivzin bacısı uzun illər leykemiya xəstəliyindən əziyyət çəkib. Aktyor "Matriks" filmindən əldə etdiyi qonararın böyük hissəsini bacısının müalicəsinə xərcləyib, bir hissəsini isə leykemiya ilə mübarizə fonduna bağışlayıb.

Bu, Hollivud ulduzları üçün qeyri-standart addımdır, lakin aktyorun mühafizəçisi yoxdur. Onu tez-tez metroda da görmək olar. Rivz ictimai nəqliyyatda tamamilə rahat gedir, lazım gələrsə, yerini başqasına təklif edir.

Dörd il əvvəl Kianu ad gününü özünə keks və qəhvə alıb küçədə gəzməklə qeyd etdi. Beləcə, hər yoldan ötənin də onu təbrik etmək imkanı oldu. Bu da Rivzin əsas fərqləndirici xüsusiyyətidir.

Kianu hesab edir ki, şəkil sözdən daha çox danışa bilər, amma onların heç biri həqiqət olmayacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm