Məşhur aktrisa oğlu tərəfindən qətlə yetirildi
Bizi izləyin

Magazin2

Məşhur aktrisa oğlu tərəfindən qətlə yetirildi

"Kölgələr günorta yox olur" serialında baş rollardan birinin ifaçısı, Rusiyanın tanınmış aktrisası Aleksandra Zavyalova Sankt-Peterburqdakı mənzilində qətlə yetirilib.

Publika.az xəbər verir ki, aktrisanı öz oğlu öldürüb. O, törətdiyi cinayəti etiraf edib. Hadisənin təfərrüatları hələlik açıqlanmır. Qonşuların sözlərinə görə, oğlu ilə yaşayan aktrisa tez-tez onunla mübahisə edib. Hətta sərxoş Pyotr yaşlı qadını tez-tez döyürmüş.

Xatırladaq ki, Aleksandra Zavyalova fevralın 2-də yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb. Mərhum aktrisanın həmkarı Stanislav Sadalskiy onun ölümünə öz bloqunda münasibət bildirərək Rusiya KİV-ni aktrisaya qarşı ədalətsizlikdə qınayıb:

“Aleksandra Zavyalova dörd gün əvvəl vəfat edib, onu artıq dəfn ediblər. Amma məlumat mətbuatda geniş işıqlandırılmayıb. Yalnız dünən bizim kinematoqrafiyanın klassiki xatirəsinə "Kölgələr günorta yox olur" filminin bütün seriyaları göstərildi”.

Xatırladaq ki, Aleksandra Zavyalova daha çox teatr səhnəsində çıxış edib. "Alyoşkanın məhəbbəti", "Ağ geyim", "Hippokrat andı" və.s filmlərdə çəkilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm