Məşhur aktrisa: “Bu, heyranedici görünür”- FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktrisa: “Bu, heyranedici görünür”- FOTOLAR

Bu ilin may ayında Meqan Foksun 30 yaşı tamam olur, lakin cazibədar aktrisa qocalmaqdan qətiyyən qorxmur.

Publika.az xəbər verir ki, aktrisa bu barədə dünən qonaq olduğu Ellen Dedjeneres şousunda danışıb.

Meqan Foks verilişdə qocalıqla yanaşı, çəkildiyi “Yeni qız” (New Girl) serialındakı rolu haqqında fikirlərini bölüşüb. Ulduz Ellen Dedjenersə qocalmaqdan qətiyyən qorxmadığını bildirib:

“Biz gənc olanda qocalıq dəhşətli səslənir. Amma 30 yaşa çatmısansa, bununla yalnız barışmaq lazımdır. Ən əsası, otuz yaşa çatanda başa düşürsən ki, özünü heç də əvvəlki kimi yaşlı hiss etmirsən”.

Ellen aktrisanın ciddi-cəhdlə topladığı kimono kolleksiyaları barədə də maraqlanıb.

“Sayını dəqiq bilmirəm, amma mənim bir neçə qutu kimono kolleksiyam var. Uşaqlarım da bu geyimi çox sevir. Mən ipək kimonoda pilləkənlə aşağı enəndə bu onlara çox heyranedici görünür” - aktrisa qeyd edib.

Aparıcı Meqan Foksu qarşıdan gələn yubileyi münasibətilə əvvəlcədən təbrik edib və ona üstündə “Foxy mama” yazılmış gözəl kimono hədiyyə edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm