Bu xəbərdən sonra ulduzlar “Oscar”dan imtina edə bilərlər
Bizi izləyin

Magazin2

Bu xəbərdən sonra ulduzlar “Oscar”dan imtina edə bilərlər

Bu il fevralın 28-də baş tutacaq “Oscar” mükafatları gecəsindən heç kim kədərli ayrılmayacaq. Çünki “Distinctive Assets”adlı şirkət “Oscar”a namizəd olub mükafat əldə edə bilməyən bütün ulduzlara 200 min dollar dəyərində hədiyyə paketi verəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, hədiyyə paketinə elə xidmətlər daxil edilib ki, bəzi ulduzların fanatları sosial şəbəkələrdə “təsəlli paketi”nin “Oscar” almaqdan daha üstün olacağını yazıblar.

Belə ki, “Oscar” ala bilməyən məşhurlar ömür boyu “Lizora” şirkətinin kosmetik məhsullarından pulsuz istifadə edə biləcəklər. Hədiyyə paketinə 300 dollar dəyərində olan “MnM” şokoladları, 55 min dollar dəyərində İsrail və Yaponiya turu da daxildir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm