Aktrisa təhqirlərə dözməyib sosial şəbəkələrdən getdi
Bizi izləyin

Magazin2

Aktrisa təhqirlərə dözməyib sosial şəbəkələrdən getdi

Hollivud ulduzu Sara Cessika Parker sosial şəbəkələrdəki bütün hesablarını silib.

Publika.az qərb mətbuatına istinadən xəbər verir ki, aktrisanın bu addımına izləyicilərinin onu təhqir etməsi və uşaqları haqda yazdıqları fikirlər səbəb olub:

“Sosial şəbəkələrə ehtiyatla yanaşmışam. Amma iki uşağımın mənim olmadığı barədə yazılan şərh məni şəbəkələrdən birdəfəlik uzaqlaşdırdı. Baxmayaraq ki, bu barədə açıqlama vermişəm. Həyat yoldaşımla məcbur olub surroqat ananın köməyindən istifadə etmişik. Onun bioloji materialı mənimdir. Atası isə həyat yoldaşım Mettyudur. Yeri gəlib-gəlmədi, bizi təhqir edirlər. Deyirlər ki, guya bədən quruluşumu korlamamaq üçün ana olmaqdan imtina etmişəm. Siz hardan bilirsiniz ki, mən nə çəkmişəm, nə yaşamışam. Tanımayan adam məni qınayır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm