Burakla Aslının Bakıdakı qala gecəsində nələr baş verdi? - FOTOLAR
Bizi izləyin

Magazin2

Burakla Aslının Bakıdakı qala gecəsində nələr baş verdi? - FOTOLAR

Bu gün Nizami Kino Mərkəzində türkiyəli aktyor Burak Özçivitlə aktrisa Aslı Enverin və müğənni Murad Bozun baş rollarda çəkildiyi “Kardeşim benim” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, gecədə Burakla Aslı iştirak edib. Murad Boz isə işlərinin çoxluğu səbəbindən qatıla bilməyib.

Qeyd edək ki, türkiyəli aktyorları görmək üçün qala gecəsində böyük izdiham yaşanıb.

Hər iki məşhur jurnalistlərə açıqlamasında Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Buraz Özçivit açıqlamasında filmin qardaşlıqdan bəhs etdiyini bildirib:

"Biz Azərbaycanla qardaş ölkəyik. Bu, ailəvi şəkildə izləniləcək bir filmdir. Ötən il də Bakıda belə gözəl qarşılanmışdıq. Bu gün də burada olmaqdan çox məmnunuq”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm