
Dəb sənayesində kadr dəyişikliyi davam edir. Belə ki, “Celine” fransız moda evinin kreativ direktoru Fibi Filo öz vəzifəsini tərk edib.
Publika.az xəbər verir ki, 8 il məşhur fransız moda evi ilə uğurlu əməkdaşlıqdan sonra Fibi Filo iş yerini dəyişmək qərarına gəlib. Deyilənə görə, 43 yaşlı modelyerə “Azzedine Alaia” moda evinə rəhbərlik etmək təklif olunub. O da bu təkliflə razılaşıb.
43 yaşlı modelyer 8 il ərzində fransız moda evində müstəsna kolleksiyalar yaradıb. Fibi Filonu hətta bəzi dəb ekspertləri müasir dövrün "Yeni Koko Şaneli" adlandırırdı.
Qeyd edək ki, mart ayının əvvəlində Fibi Filonun payız-qış kolleksiyası dizaynerin “Celine” moda evindəki sonuncu nümayişi olacaq. Xoşbəxtlikdən, Fibi Folo işsiz oturmaq fikrində deyil.
Aytən