Burak Özçivitin Bakı sərgüzəştləri – FOTOLAR
Bizi izləyin

Magazin2

Burak Özçivitin Bakı sərgüzəştləri – FOTOLAR

Türkiyəli aktyor Burak Özçivit artıq Türkiyəyə qayıtsa da, Bakı təəssüratlarından ayrıla bilmir. Belə ki, şəhərimizdə çəkdirdiyi fotolarını sosial şəbəkədə paylaşan yaraşıqlı aktyorun hər fotosu böyük maraqla qarşılanır.

Öz “Instagram” səhifəsində İçərişəhərdən, sonra Bayraq meydanında çəkdirdiyi şəkli də paylaşan aktyor yazıb:

“Bakı Bayraq meydanınından hamınıza salam olsun, qardaş millət”.

Qeyd edək ki, paylaşdığı həmin selfisi iki yüz mindən çox izləyicisi tərəfindən bəyənilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Burak Bakıda olub. O, “Kardeşim benim” filminin qala gecəsinə qatılmışdı.

Publika.az Burakın Bakı sərgüzəştini əks etdirən fotolarını təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm