• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Füsunkar aktrisadan qadınlara məsləhət

  • Magazin2
  • 13 Fevral 2016 04:54
  • 820 Baxış
Füsunkar aktrisadan qadınlara məsləhət

Ornella Mutini əbədi gözəllik nümunəsi adlandırırlar. Bu xanım dəfələrlə dünyanın ən cazibədar qadın aktrisası seçilib. O, bir çox kişilərin ürəyini fəth edib və vaxtilə Avropa kinematoqrafiyasının əsl seks-simvolu olub.

Qeyd edək ki, 60 yaşlı aktrisa idmanla məşğul olur, zərərli vərdişləri yoxdur, hər şeyə nikbin baxır və bacardıqca neqativlərdən uzaq olmağa çalışır.

Publika.az bu yazıda məşhur aktrisanın gözəllik sirlərini öyrənməyi təklif edib:

İdmanla məşğul olmaq xoşuma gəlir. Bu, əsl ehtirasdır.

Alkoqoldan istifadə etmirəm. Sərxoş insanın davranışları xoşuma gəlmir, ümumiyyətlə, ömrümdə bir dəfə də olsun, sərxoş vəziyyətdə olmamışam.

Yaxşı vəziyyətdə olmağın yeganə yolu hərəkətdir.

Özünüzü xoşbəxt və şən insanlarla əhatə edin.

Brilyantların gözəlliyini inkar etmirəm, amma yaqut ondan heç də geri qalmır.

Qocalmaq kədərlidir, onu inkar etmək riyakarlıqdır.

Plastik əməliyyat etdirib xarici görünüşündən razı qalmaq mümkündür. Lakin plastik əməliyyat etmədən də özündən razı qalmaq olar.

Yaşı azaltmaq mümkün deyil, lakin sənin necə göründüyün daha vacibdir.

Mən vegetarianam, ət və süd məhsulları yemirəm. Süfrədə balığın olması isə nadir hadisədir.

Haqqımda gözəl sözlər, tərif eşitmək mənim üçün xoşdur. Amma bu, o demək deyil ki, Ornella Muti hər zaman qüsursuz görünür.

Həmişə özümdə olan qüsurları axtarıb düzəltməyə çalışıram. Daim mükəmməlliyə can atıram!

İllər ötdükcə üzüm yaxşılığa doğru dəyişmir. Buna baxmayaraq, dəyişikliyi filosofcasına qəbul etməyə çalışıram.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR