
Bu gün ifaçı və rejissor Mahsun Kırmızıgülün toyudur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, vəkil Ece Binayla ABŞ-ın Los-Anceles şəhərində evlənən
rejissor toyuna 30 nəfər dəvət edib. Mahsunla Ecenin toyundan ilk
foto yayılıb.
Kırmızıgülün qonaqları arasında Kənan Doğulu, Beren Saat və digər məşhurlar olub. Cütlük qonaqlar üçün 2 günlük maraqlı proqram təqdim edib.
M.Kırmızıgül “Xəyalımdakı toyu xəyalımdakı qadın üçün edirəm”, - deyə bildirib.
Cəvahir