• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

58-ci "Qremmi" mükafatının təqdimat mərasimi keçirildi - FOTOLAR/VİDEO

  • Magazin2
  • 16 Fevral 2016 12:15
  • 636 Baxış
58-ci "Qremmi" mükafatının təqdimat mərasimi keçirildi - FOTOLAR/VİDEO

Dünən axşam Los-Ancelesdə 58-ci “Qremmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu musiqi mükafatının təqdimat mərasimində tanınmış ulduzlar iştirak edib.

"Qremmi" mükafatlandırma mərasimi bir çox maraqlı məqamlarla yadda qalıb.

Mərasimin açılışı Ledi Qaqaya həvalə olunub. Hit mahnılarını səsləndirən ifaçı səhnəyə Devid Bouinin obrazında çıxıb. Yeri gəlmişkən, namizədlər arasında Ledi Qaqanın adı çəkilsə də, o, bu il mükafatsız qalıb.

Ən yaxşı albom nominasiyasında populyar müğənni Teylor Svift "1989" musiqi albomuna görə "Qremmi"yə layiq görülüb.

Amerikalı rep ifaçısı Kendrik Lamar "To Pimp a Butterfly" albomu ilə 11 nominasiyadan 5-ni qazanaraq rekord nəticə əldə edib.

Qaliblərin əsas siyahısını təqdim edirik:

İlin səsyazması: “Uptown Funk” - Mark Ronson və Bruno Mars

İlin albomu: “1989” - Teylor Svift

İlin mahnısı: “Thinking Out Loud” - Ed Şiran

Ən yaxşı yeni ifaçı: Meqan Treynor

Ən yaxşı R&B ifası: “Earned It” - The Weeknd

Ən yaxşı R&B mahnısı: “Really Love” - Di Encelo və Vanquard

Ən yaxşı R&B albomu: “Black Messiah” - Di Ancelo və Vanguard

Ən yaxşı müasir urban-albomu: “Beauty Behind the Madness” - The Weekend

Ən yaxşı müasir instrumental albom: “Sylva” - Snarky Puppy & Metropole Orkest

Latın-pop janrında ən yaxşı albom: “A Quien Quiera Escuchar” - Riki Martin

Ən yaxşı blyuz albomu: “Born To Play Guitar” - Vaddi Qay

Ən yaxşı folk-albom: “Bela Fleck And Abigail Washburn” - Bela Flek və Ebiqeyl Uoşber

Ritm-blyuz üslubunda ən yaxşı ifa: “The Weekend” - Earned It

Ən yaxşı rep albom: “To Pimp a Butterfly” - Kendrik Lamar

Ən yaxşı rep mahnısı: “Alright” - Kendrik Lamar

Ən yaxşı rep ifası: “Alright” - Kendrik Lamar

Ən yaxşı musiqi videosu: “Bad Blood” - Teylor Svift və Kendrik Lamar

Film üçün yazılmış ən yaxşı mahnı: “Glory” - Con Lecend

Ən yaxşı musiqili film: "Emi"

Ən yaxşı rok-albomu: “Drones” – Muse

Ən yaxşı rok mahnısı: “Wanna dont Fight” – “Alabama Shakes”

Ən yaxşı vokal albom: “1989” - Teylor Svift

Ən yaxşı pop duet: Mark Ronson və Bruno Mars - Uptown Funk

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR