
Amerika prezidentliyinə namizəd Donald Trampın qızı 22 yaşlı Tiffani model olaraq səhnəyə çıxıb.
Publika.az xəbər verir ki, Tiffaninin Nyu-York dəb həftəsində görünməsi çoxuna qəribə gəlib. Sonradan məlum olub ki, o, podima dostunun xahişi ilə çıxıb.
Qeyd edək ki, Donald Tramp amerikalı multimilyonerdir.
İsa Şükürov