• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Ancelina Coli: “Heç vaxt ana olmaq istəməmişəm”

  • Magazin2
  • 18 Fevral 2016 22:59
  • 1 031 Baxış
Ancelina Coli: “Heç vaxt ana olmaq istəməmişəm”

Aktrisa bir vaxtlar ana olmaq istəmədiyini dilə gətirib.

Publika.az xəbər verir ki, ulduz bu barədə “Assicoated Press”ə verdiyi müsahibəsində danışıb.

Ancelina Coli yalnız aktrisa kimi tanınmır. O, həm də uşaqlara olan sevgisi ilə məşhurdur. Lakin gənclik illərində o, ana olmaq barədə heç vaxt düşünməyib:

“Bu qəribə olsa da, bir vaxtlar ana olmaq istəməmişəm. Heç hamilə qalmağı da arzulamırdım. İndi isə özümü aid olduğum yerdə hiss edirəm, hər işim qaydasına düşüb”.

İlk dəfə Tomb Reyderin çəkilişləri zamanı ana olmağı düşünməyə başladığını söyləyən Ancelina Coli 2 il sonra Kambocada gördüyü uşağı - Maddoksu övladlığa götürüb. Bu hadisədən dərhal sonra yardıma möhtacı olan uşaqlar üçün fəaliyyət göstərən fond yaradıb.

Qeyd edək ki, Colinin çəkilişlərinə yeni başladığı filmində oğulluğa götürdüyü 14 yaşlı Maddoks da rol alıb. Aktrisanın yeni filmi Kamboca haqqındadır. Filmin adı “Əvvəlcə onlar mənim atamı öldürdülər: Kambocanın qızının xatirələri”dir. Yeri gəlmişkən, özünü rejissor kimi sınamaq qərarına gələn aktrisa bu filmin yaradıcılığında böyük rol oynadığını bildirib:

“Kamboca məni tamamilə dəyişdi. Başa düşdüm ki, məktəbdə bəzi tarixi həqiqətləri bizdən gizlədirlər”.

Coli "Uşaqlarımın köklərinin haradan gəldiyini bilmələrini istəyirəm" deyərək Maddoksun kamera arxasında onunla birlikdə vəzifə almasından məmnunluq duyduğunu söyləyib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR