Cem Yılmazdan evlilik açıqlaması
Bizi izləyin

Magazin2

Cem Yılmazdan evlilik açıqlaması

Çəkdiyi filmlərdən başqa, tez-tez sevgililəri ilə gündəmə gələn türkiyəli aktyor evliliklə bağlı sualı cavablandırıb. Lakin bu dəfə sual jurnalistlərdən deyil, onun yaxın dostundan gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksəl Akının “İftar limonadı” filmində yer alaraq böyük rəğbət qazanan Cem Yılmaz dünən yaxın dostu Mazhar Alansonun konsertinə gəlib. Konsertdən zövq alan mahir komediya ustasını bir anda Alansondan gələn sual çaşbaş salıb.

Mazhar Alanson konsertin qızğın yerində məşhur komediya ustasına hər kəsin içində "Yəqin ki, sevgilin var, bəs evlilik nə vaxtdır?" sualını verib. Cem Yılmaz isə bu cavabı verib: "Qardaş, mən bir dəfə evlənmişəm. Süddən ağzım yanıb, bir daha cəhd etmərəm!"

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm