• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

“Mənim səhv hərəkətimi görmüsən?” – aparıcı və müğənni arasında QARŞIDURMA

  • Magazin2
  • 20 Fevral 2016 13:24
  • 1 592 Baxış
“Mənim səhv hərəkətimi görmüsən?” – aparıcı və müğənni arasında QARŞIDURMA

Müğənni Elnur Məmmədovun radio aparıcısı Kazım Sübhanla sözü çəpləşib.

Kazım Sübhanın aparıcısı olduğu radio proqramında qonaq olan müğənni ona suallarına görə irad tutub.

Publika.az xəbər verir ki, aparıcının “ən səhv hərəkətiniz?” sualına o, əvvəlcə təmkinlə cavab verib:

“Bugünümlə yox, sabahımla yaşayan adamam. Çalışıram elə addım atım ki, sabah peşiman olmayım. Min ölçüb, bir biçirəm. Peşiman olduğum səhv hərəkətim olmayıb”.

Aparıcının sonradan “etiraf et” deməsi müğənnini cin atına mindirib:

“Necə yəni etiraf et? Mənim səhv hərəkətimi görmüsən? Görmüsənsə, de! Bu nə suallardır verirsən? Ən sevmədiyim sualları verirsən. Mənə yaradıcılığımla bağlı suallar ver”.

Vəziyyətin gərginləşdiyini görən Kazım Sübhan “mənim də səhv hərəkətlərim olub. Sonradan peşiman olmuşam”, - deyə özü etiraf eləməli olub.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR