Əfsanəvi aktyorlar ağır vəziyyətdədir
Bizi izləyin

Magazin2

Əfsanəvi aktyorlar ağır vəziyyətdədir

Əfsanəvi sovet aktyorları Aleksey Batalov, Marqarita Terexova və Natalya Fateyeva kasıblıq içində yaşayır.

Publika.az xəbər verir ki, Rusiyanın əfsanəvi aktyorlarının maddi və mənəvi yardıma ehtiyacı var. Martın 4-də Moskva Aktyor Evində xeyriyyə axşamı keçiriləcək.

Rusiyanın tanınmış ifaçısı Nikolay Baskov “Instagram” səhifəsində tədbir haqqında kiçik bir məlumat yerləşdirib və hər kəsdən bir dəqiqə ayırıb onu oxumasını rica edib:

“Milyonlarla pərəstişkarı olan aktyorların aptekə getməyə imkanı yoxdur"- Faina Ranevskayanın bu məşhur frazası hələ də aktuallığını itirməyib. Aleksey Batalov, Marqarita Terexova, Natalya Fateyeva ağıllı, nəcib, gözəl, sevgi dolu aktyorlardır. Amma bu gün onlar heç bir filmdə çəkilmir, teatrda oynaya bilmirlər, üstəlik çox ağır şəraitdə yaşayırlar. Onların hər biri müxtəlif ağır xəstəlikdən əziyyət çəkir. Necə kömək etməli? Moskva Aktyor Evindən bilet alın. Onlara açdığımız bank hesabına pul köçürməklə də yardım edə bilərsiniz”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm