“Axırıncı yol”un nümayişi başlanır
Bizi izləyin

Magazin2

“Axırıncı yol”un nümayişi başlanır

“CinemaPlus”da martın 1-dən “ATV & İLK media” istehsalı olan “Axırıncı yol” macəra komediyasının nümayişi başlayacaq.

Publika.az xəbər verir ki, çəkilişləri ötən ilin avqust - oktyabr aylarında İsmayıllı və Bakıda olub.

“Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içərisində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayətin izini itirmək istəyirlər. Lakin bu, onları daha çətin vəziyyətə salır.

Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.

Rollarda İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və s. çəkilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm