Jerar Depardyedən SƏRT İTTİHAMLAR
Bizi izləyin

Magazin2

Jerar Depardyedən SƏRT İTTİHAMLAR

Məşhur fransız aktyoru Jerar Depardye Berlin Film Festivalı çərçivəsində müxbirlərlə söhbət edərək onların suallarını cavablandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud kinosunu uğurlu hesab etmədiyini söyləyən əfsanəvi aktyor Corc Kluni və Leonardo Di Kaprionun ünvanına sərt ifadələr yağdırıb.

Jerar Depardye Corc Kluninin Almaniya kansleri Angela Merkellə görüşü haqqında istehza ilə danışıb:

“Kluninin suriyalı qaçqın böhranını müzakirə etmək üçün xanım Merkellə görüşmək istəyi barədə oxudum. Ancaq bu görüşün heç də yaxşı keçmədiyini güman edirəm. Yəqin, aktyorluqla yanaşı, siyasətçi, ekoloq və hər sahənin “bilicisi” rolunu oynamaq gözəl hissdir!”

J. Depardye builki Oskar favoriti “Sağ qalmış” filmi haqqında da fikir bildirib:

“Kadr arxasında isti su torbaları, ədyal və qızdırıcılarla təchiz olunmuş çəkiliş meydançası var. Əminəm ki, filmdə Leonardo Di Kaprionun içinə düşdüyü bataqlıq da ətirli və isti olub".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm