Onun saçına 35 min dollar ödədi
Bizi izləyin

Magazin2

Onun saçına 35 min dollar ödədi

Dünyaca məşhur, ingilis musiqi qrupu “Beatles”in solisti Con Lennonun saçı satılıb.

Publika.az xəbər verir ki, 50 il xüsusi şəraitdə saxlanılan bir tutam saç ABŞ-ın Dallas şəhərindəki “Heritage” hərrac evində satışa çıxarılıb.

Hərrac evinin verdiyi məlumata görə, bu saç 1966-cı ildə Con “How I Won the War” adlı komediya filmi üçün imicini dəyişərkən əldə edilib. Belə ki, onun üçün yeni imic yaradan alman bərbər Klaus Baruk kəsdiyi saçdan bir tutamı qoruyub saxlaya bilib.

Lennonun saçını ingiltərəli kolleksiyaçı Paul Fraser alıb. O, 35 min dollar ödəməli olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm