
“Oskar” mükafatlarının paylanmasına bir neçə gün qalıb.
Publika.az xəbər verir ki, Hollivud ulduzu Leonardo Di Kaprionun yenidən “Oskar”a namizəd olması, onun ətrafında söz-söhbətə səbəb olub. Bu səbəbdən o, jurnalistlərə “Oskar” haqda sual verməyi qadağan edib: “Uğurlarıma görə, valideynlərimə borcluyam. Onlar məni hər addımımda dəstəkləyib. Nə qədər qəribə olsa da, məktəbdə təhsilimi yarımçıq qoyub aktyorluq sənəti ilə məşğul olmağa qərar verdikdə belə, onlar mənə dəstək olub. 2 il sonra isə “Bu oğlanın həyatı” filmi üçün keçirilən müsabiqədə oğlanlara, hətta dostum Tobi Maquayraya da qalib gələrək kumirim olan Robert de Niro ilə eyni filmdə rol aldım. 1994-cü ildə çəkildiyim filmdə isə “Oskar”a namizəd idim. 21 il bundan əvvəl…”
Aktyor “Sağqalmış” filmindən də danışaraq çəkdiyi əziyyətlərdən bəhs edib:
“Soyuqdan donurdum. Qarın üstündə yatırdım. Temperatur mənfini göstərməsinə baxmayaraq, kamera önünə çılpaq çıxmalı olurdum. Az qalmışdı ayı məni parçalasın. Amma nəticə olaraq deyə bilərəm: “Ağrı müvəqqətidir, film isə əbədi”. Bu bizim filmimizin həm epiqrafı, həm də epiloqudur”.
İsa Şükürov