“Oskar” mükafatları paylanıldı - SİYAHI
Bizi izləyin

Magazin2

“Oskar” mükafatları paylanıldı - SİYAHI

Nəhayət, dünən axşam səbirsizliklə gözlənilən “Oskar” mükafatının təqdimetmə mərasimi baş tutdu.

Publika.az xəbər verir ki, dünyanın ən nüfuzlu kino mükafatlarının təqdimetmə mərasimi ABŞ-ın Los-Anceles şəhərində keçirilib. “Dolby Theatre” zalında Amerika kinoakademiyasının təsis etdiyi 88-ci ”Oskar” mükafatının verilmə mərasimində Hollivudun məşhur ulduzları iştirak edib.

Qeyd edək ki, tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio, nəhayət, çoxdan həsrətində olduğu “Oskar” mükafatına sahib olub. O, bu mükafata “Sağ qalmış” ("The Revenant") filminə görə layiq görülüb.

Qaliblərin siyahısını təqdim edirik:

Ən yaxşı rejissor: Alexandro Qonsales İnyarittu "Sağ qalmış"

Ən yaxşı aktyor: Leonardo Di Kaprio "Sağ qalmış"

Ən yaxşı aktrisa: Bri Larson "Otaq"

İkinci planda ən yaxşı aktyor: Mark Raylens "Casus körpüsü"

İkinci planda ən yaxşı aktrisa: Alisiya Vikander "Danimarkalı qız"

Ən yaxşı orijinal ssenari: Tomas Makkarti "Diqqət mərkəzində"

Ən yaxşı uyğunlaşdırılmış ssenari: Çarlz Rendolf və Adam Makkey “Alçalmaq uğrunda böyük oyun”

Ən yaxşı qısametrajlı animasiya filmi: "Ayı hekayəsi"

Ən yaxşı animasiya filmi: "Tapmaca"

Xarici dildə ən yaxşı film: "Saulanın oğlu" (Macarıstan)

Ən yaxşı film saundtreki: Ennio Morrikone "İyrənc səkkizlik"

Ən yaxşı film mahnısı: “Writings On The Wall” ("007: Spektr" Sem Smitin ifasında)

Ən yaxşı operator işi: Emmanuel Lyubetski "İtirmiş"

Ən yaxşı vizual effektlər: "Maşından"

Ən yaxşı səs: "Ağılsız Maks: Qəzəb yolu"

Ən yaxşı qrim və saç: "Ağılsız Maks: Qəzəb yolu"

Ən yaxşı dizayn geyim: "Ağılsız Maks: Qəzəb yolu"

Ən yaxşı montaj: Marqaret Siksel "Ağılsız Maks: Qəzəb yolu"

Ən yaxşı quruluşçu rəssamı: Kolin Gibson və Lisa Tompson "Ağılsız Maks: Qəzəb yolu"

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm