Daha bir məşhur türk müğənnisindən Qarabağ çağırışı – FOTO
Bizi izləyin

Magazin2

Daha bir məşhur türk müğənnisindən Qarabağ çağırışı – FOTO

Məşhur türkiyəli müğənni Demet Akalın Azərbaycana dəstəyini nümayiş etdirib.

Publika.az xəbər verir ki, ifaçı 4 milyon izləyicisi olan rəsmi “Instagram” səhifəsində Qarabağ çağırışı edib. O, pərəstişkarlarını Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsinə dair petisiyaya qoşulmağa səsləyib.

Demetin paylaşdığı fotoda “Hər kəs işğalın fərqindədir. Ermənistanın Azərbaycandakı işğalına sən də DAYAN de! Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi və bölgədəki fəlakətin qarşısının alınması üçün səsini ver, dəstək ol” sözləri yazılıb.

Onun bu paylaşımına minlərlə layk gəlib və şərh yazılıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm