Canet Cekson ana olmaq üçün nə etdi?
Bizi izləyin

Magazin2

Canet Cekson ana olmaq üçün nə etdi?

49 yaşlı dünyaca məşhur müğənni Canet Cekson ana ola bilmək üçün konsert turnesini ləğv edib.

Publika.az xəbər verir ki, “Unbreakable” adlı dünya turnesi çərçivəsində Avropa ölkələri və ABŞ-da konsertlər verməsi planlaşdırılan ifaçı “Twitter” sosial şəbəkəsində video paylaşaraq fanatlarına səslənib: “Həyat yoldaşım və mən ailə olmaq istəyirik. Buna görə də konsertlərimi ləğv etməliyəm. Xahiş edirəm, bunun mənim üçün nə qədər önəmli olduğunu anlamağa çalışın. Həkimin məsləhətlərini dinləməyə məcburam. Sizləri unutmadım, mümkün olan ən qısa zamanda konsertlər verəcəm”.

Canet Cekson moda dünyasının ən zəngin iş adamlarından olan 41 yaşlı Uissam Al Mana ilə evlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm