“Qorxu müharibə silahlarından daha tez yaralayar”
Bizi izləyin

Magazin2

“Qorxu müharibə silahlarından daha tez yaralayar”

Ölkəmizdə “Rəqəmsal qala” və “Yalan nöqtəsi” kitabları ilə tanınan amerikalı yazıçı Den Braun şifrə açma və gizli hökumət orqanlarına olan marağı ilə oxucuların könlünü fəth edib. Onun daha sonrakı illərdə yayımlanan“Mələklər və iblislər”, “Da Vinçi şifrəsi”, “İtirilmiş simvol”, “Cəhənnəm” kitabları da bestsellerə çevrilib.

Publika.az yazıçının müxtəlif kitablarında yer alan maraqlı fikirləri təqdim edir:

*Dünyanın mənasını anlamadan yaşamaq, kitablara toxunmadan böyük bir kitabxanada dolaşmağa bənzəyir.

*Bizi birləşdirməyi vəd edən texnologiya bir-birimizdən ayırır. Artıq hər birimiz dünya ilə əlaqə içərisindəyik, əslində isə, tənhayıq.

*İnsanın ağlı bədənindən daha çox əzab çəkə bilər.

*Tarix bizə tək bir şey öyrədib. O da bu gün ələ salınan qəribə fikirlərin gələcəkdə reallığa çevrildiyidir.

*Qorxu bütün müharibə silahlarından daha tez yaralayar.

*Cəhənnəmin ən qaranlıq yerləri böhran zamanı tərəfsiz qalanlara ayrılıb.

*Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölüb gedir. Başqaları və dünya üçün etdiklərimiz isə əbədidir.

*Hər bir nəslin kəşflərinin yanlış olduğunu sonrakı nəslin texnologiyası sübut edib. İnsan öyrəndikcə heç nə bilmədiyini anlayır.

*Bir fikrin kütlə tərəfindən qəbul edilməsi onun həqiqət olduğunu sübut eləmir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm