Kıvanç Tatlıtuğ hansı məşhurla qardaş olacaq? – FOTOLAR
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ hansı məşhurla qardaş olacaq? – FOTOLAR

Məşhur rejissor Qani Müjdə “Barbaros Malta Şahini” adlı yeni filmi üçün Kıvanç Tatlıtuğa və Gökhan Özoğuza rol təklif edib.

Publika.az xəbər verir ki, onlar bu təklifi qəbul etsələr, filmdə iki qardaşı canlandıracaqlar. Barbaros Hayrəddin paşanın həyatından bəhs edəcək filmin 2017-ci ildə təqdim ediləcəyi deyilir. Qani Müjdə Gökhana məhz Barbaros Hayrəddin paşaya bənzədiyi üçün rol təklif etdiyini bildirib. O, filmin növbəti seriyalarının da olacağını deyib.

Barbaros Hayrəddin Osmanlı dövrünün məşhur dəniz səyyahlarından olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm