Keyt Middltonun ətəyi onu pis vəziyyətdə qoydu – FOTOLAR
Bizi izləyin

Magazin2

Keyt Middltonun ətəyi onu pis vəziyyətdə qoydu – FOTOLAR

Adı tez-tez donunun ətəyinin qalxması ilə hallanan Keyt Middlton yenə naqolay vəziyyətə düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Midltonun Hindistan səfəri zamanı baş verib. Belə ki, o, həyat yoldaşı ilə birlikdə Dehlidə “Hindistan qapısı” triumfunu ziyarət edib. Əbədi məşəl abidəsinin önünə əklil qoyan zaman külək onun ətəyini qaldırıb. Hersoginya yüngülcə gülümsünərək vəziyyətdən çıxmağa çalışsa da fotoqraflar anı tuta biliblər. Həyat yoldaşı şahzadə Uilyam isə qaşını belə tərpətməyib, olanlara heç bir reaksiya verməyib.

Mətbuatda bu hadisə Hollivud ulduzu Merilin Monronun “The Seven Year Itch” filmindəki məşhur səhnə ilə müqayisə olunub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm