Məşhur aktrisa üçüncü dəfə ana olacaq
Bizi izləyin

Magazin2

Məşhur aktrisa üçüncü dəfə ana olacaq

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə müddətdir ki, hamilə olduğu deyilən 29 yaşlı tanınmış aktrisa və model ötən gün bir tədbirə qatılıb. Qara və dar don geyinən ulduz hamilə olduğuna dair daha heç bir şübhə yeri qoymayıb. Belə ki, Meqan Foks hamilə olduğunu etiraf edib.

Xatırladaq ki, aktrisa ilə keçmiş həyat yoldaşı Brayn Ostin Qrin ötən ilin avqust ayında rəsmi şəkildə boşanıb. Cütlüyə yaxın mənbənin sözlərinə görə, uşağın atası Meqan Foksun 42 yaşlı keçmiş həyat yoldaşıdır. Onlar yenidən övlad sahibi olmağı planlaşdırmayıb, lakin aktrisa hamilə olduğunu öyrənəndə bundan çox məmnun olduğunu deyib.

Qərb mətbuatının yazdığına görə, Braynla Meqan indi münasibətlərini qaydasına salmağa çalışır və səbirsizliklə uşağın dünyaya gəlməsini gözləyirlər.

Mənbə onu da əlavə edib ki, Foks indi hamiləliyin 6-cı ayındadır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm