
Martın 19-da Mayamidə həbs olunan iş adamı Rza Zərrabın təyyarəsində daha bir dünya ulduzunun olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, reklam müqaviləsi imzalamaq üçün Türkiyəyə gələn model Adriana Lima həmin reyslə ölkəsinə qayıdırmış. Deyilənə görə, Adriana Rza ilə Ebrudan sonrakı oturacaqda əyləşibmiş.
Maraqlıdır ki, təyyarədə Adriana Lima ilə birlikdə ümumilikdə, 7 nəfər olub: Rza Zərrab, Ebru Gündeş, qızları, iki dayə və iki cangüdən.
Ləman Sultan