42 yaşlı aktyor evlənməməsinin səbəbini açıqladı
Bizi izləyin

Magazin2

42 yaşlı aktyor evlənməməsinin səbəbini açıqladı

Türkiyənin tanınmış aktyoru Haluk Piyes evlənməməsinin səbəbini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı aktyor evlənmək istədiyini, lakin xəyalındakı xanımı tapmadığını etiraf edib: “Ailə sahibi olmağı çox istəyirəm, hətta qızını anama göstərib mənimlə evləndirmək istəyənlər də var. Amma “Aktyorla evlənmərəm" deyənlər də olur. Belə təzadlarla çox qarşılaşıram. Təəssüf ki, mənim kimi sözün düzünü deyən insanlar subay qalır.

Əslində, 18 yaşından bəri ailə qurmağa çalışıram, indi isə "Yaxşı ki, tez evlənməmişəm" deyirəm. Çünki əvvəllər yalnız qadının kişini xoşbəxt etməli olduğunu zənn edirdim, qarşı tərəfi də xoşbəxt etməli olduğumu yeni-yeni dərk edirəm. Ailənin uğurlu alınması üçün hər iki tərəf bir-birini xoşbəxt etməyə çalışmalıdır”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm