Bülənt Ərsoy: "Pula görə..." - FOTO
Bizi izləyin

Magazin2

Bülənt Ərsoy: "Pula görə..." - FOTO

Müğənni Bülənt Ərsoy Ataköydə konsert verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, konsertdən sonra jurnalistlərlə danışan ifaçı yenə də qalmaqallı açıqlamaları ilə yadda qalıb. İddialı makiyaj, libas və aksesuarları ilə diqqət çəkən Bülənt zinət əşyalarına olan marağı haqda bunları deyib:

"Bəyəndiyimi alıram. Bildiyiniz kimi, qızılları aldığım xüsusi dükan var. Orada bir qızıl əşyası ev dəyərindədir. Alıram, rahat oluram".

Pula ehtiyacı olduğu üçün Marmarisdəki torpaq sahəsini satdığı deyilən B.Ərsoy məsələyə belə münasibət bildirib:

"Oranı 90-cı illərdə almışdım. Yolu, işığı, suyu olmadığına görə istifadə edə bilmirdim. Gördüm ki, oranı saxlamağın bir mənası yoxdur, satmaq qərarına gəldim. Əvəzində dəniz mənzərəli yer aldım. Orada özümə xüsusi ərazi salacağam. Mən pula görə heç vaxt çətinliyə düşmərəm. Yalnız təbii ehtiyacımı ödəmək istəyəndə sıxıla bilərəm (gülür)".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm