• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Türkiyədən Bakıya qorxu filmi gətirilir - VİDEO

  • Magazin2
  • 27 Aprel 2016 13:19
  • 829 Baxış
Türkiyədən Bakıya qorxu filmi gətirilir - VİDEO

Bakıda “Əzab” adlı türk filminin premyerası olacaq.

Publika.az-ın məlumatına görə, ekran əsərinin ilk nümayişi sabah “Cinema Plus” və “Aygün City” kinoteatrında keçiriləcək. Mayın 1-də isə Gəncə sakinləri “Xəmsə Park”-dakı “Cinema Plus” kinoteatrında “Əzab”a tamaşa edə biləcəklər.

Filmə Türkiyənin tanınmış rejissorları Dilek Keser və Ulaş Güneş Kaçargil quruluş verib. Ekran əsərində əsas rolları son illər bir çox maraqlı obrazları ilə yadda qalan və sevilən aktyorlar İrem Deniz, Ayşe Selen, Dilşah Demir, Sonya Dicle Akbaş, Ayşin Yeşim Çapan ifa edir.

Qorxu janrında çəkilən “Əzab” real hadisələr üzərində qurulub. Qədim türk inancında yer alan “Cin toyu” filmin əsas mövzusudur.

Filmin operatoru İlker Berke, musiqi müəllifi Saki Çimendir.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR