• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Cazibədar model: “Burnum böyük olduğu üçün...”

  • Magazin2
  • 28 Aprel 2016 09:52
  • 725 Baxış
Cazibədar model: “Burnum böyük olduğu üçün...”

Dünyaşöhrətli model Jizel Bündxen dəfələrlə planetin ən gözəl və ən varlı qadını seçilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı model “People” jurnalına verdiyi müsahibəsində vaxtı ilə burnu ilə bağlı kompleksi olduğunu deyib: “Çoxları mənim burnumun böyük, gözlərimin xırda olduğunu və bunların model standartlarına uyğun gəlmədiyini deyirdi. Hətta mənim jurnalın üz qabığına çəkilmək şansımın sıfır faiz olduğunu deyənlər var idi. Bütün bu deyilənlərə mənə pis təsir göstərirdi, özümə inamım azalmışdı. Yaxşı ki, o vaxt atam mənə kömək etdi. O, “Gələn dəfə sənə kimsə burnunun uzun olduğunu desə, ona bunun individuallıq əlaməti olduğunu söylə” dedi. Bundan sonra özümü sınamaq qərarına gəldim. İndi keçmişə baxanda başa düşürəm ki, hər çətinlik insan üçün böyük dərsdir. Əgər o vaxt çətinliklərlə üzləşməsəydim, indi Jizel Bündxen olmazıdm”.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR